İş adamının qətlinin təfərrüatı: “Kafedə yeyib-içdikdən sonra gedib maşından tüfəng götürüb” - VİDEO

Göyçayda kafedə yeyib-içən tanışlardan biri digərini güllələyib.
Hadisəni törədən şəxs şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Belə ki, dünən günorta saatlarında 43 yaşlı Cavanşir Şükürov 37 yaşlı Nicat Əliyev və digər tanışları ilə birgə kafedə yemək yeyib. Bu zaman Cavanşir Şükürovla Nicat Əliyev arasında mübahisə düşüb. Axşam saatlarında isə hirsi soyumayan Nicat yenidən Cavanşirin olduğu kafeyə gedib.
Rayon prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Verilən məlumata görə, hər iki şəxs bizneslə məşğul olub. Onların Rusiyaya meyvə satışı biznesi ilə məşğul olduğu bildirlib.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










