İşə düzəltmək adı ilə 600 manatlıq dələduzluq

İşə düəzltmək adı ilə dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Arif Qurbanov (ad və soyad şərtidir) zərərçəkmişə onu dövlət şirkətlərindən birinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə vətəndaşdan 600 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Arif Qurbanov saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı Arif Qurbanov verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş zərəri ödəyib və zərərçəkmişlə barışıq əldə edib. Məhkəmənin hökmü ilə ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










