Banner

"İşğalçı ilə işğala məruz qalan eyni deyil, bunu anlamaq lazımdır"

Gündəm 6 Oktyabr 2020 14:51 Oxunub 738
"İşğalçı ilə işğala məruz qalan eyni deyil, bunu anlamaq lazımdır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Atəşkəsə baxmayaraq Ermənistan Tovuza hücum etdi. Bu atəşkəsin nəticəsi olmadı. Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. M.Çavuşoğlu bildirib: "30 ildir ki, Minsk qrupu ilə bu məsələləri müzakirə etmişik. Konkret olaraq bu münaqişənin həlləri varmı?- deyə soruşmuşuq. Yox, deyiblər. İşğalçı ilə işğala məruz qalan eyni deyil, bunu anlamaq lazımdır və bu işlər belə davam edə bilməz. Biz problemin sülh yolu ilə həlli üçün bütün addımları atmışıq. Lakin bu vaxta qədər Ermənistana Azərbaycan torpaqlarından çıx deyən olmayıb".

Nazir deyib ki, Ermənistan Yaxın Şərqdən gətirdiyi erməniləri bu bölgəyə yerləşdirir və bununla da güclənmək istəyir: "Biz Azərbaycanın haqlı mübarizəsini dəstəkləyirik, bütün dünyanı Azərbaycanı dəstəkləməyə çağırırıq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh