İşğaldan azad edilən rayonlara qanuni taksi və ya avtobus xətləri varmı? – ARAŞDIRMA VİDEO

Laçına, Zəngilana, Füzuliyə və digər işğaldan azad edilən rayonlara taksi xidməti ilə bağlı sosial şəbəkə elanlarına tez-tez rast gəlirik. Hətta, yaşadığın ünvandan birbaşa götürülmə də var, avtovağzal ətrafı yerlərdən çıxış da mümkündür.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, qiymətlər isə gedəcəyin rayondan və ya yol şəraitindən asılı olaraq dəyişir.
Laçın istiqamətinə sərnişin daşıyan taksi sürücülərindən biri ilə əlaqə saxlanılıb.
Yerüstü Nəqliyyat Agentliyi isə yalnız qurumun tabeliyində olan marşrut xətləri ilə bağlı açıqlama verib.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hazırda işğaldan azad edilən bəzi rayonlara qanuni avtobus xəttinin və rəsmi taksi xidmətlərinin olmaması ciddi problemlər yaradır. Ağalı kəndi, Füzuli və Laçın şəhərləri, Zabux kəndi və digər ərazilərdə daimi yaşayışın bərpa olunması məsələni daha da aktuallaşdırır. Ekspert lazımı icazələrin və qaydaların hələ ki müəyyən olunmadığını deyir.
Ərşad Hüseynov onu da bildirib ki, qanuni taksi fəaliyyəti və müntəzəm marşrut xətlərinin bərpa edilməməsi təhlükəsizlik problemləri və süni qiymət artımına səbəb ola bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda tıxacların həlli üçün yeni yol SXEMİ – Hansı istiqamətlərdə tətbiq olunacaq?
"Qarabağ" "Ayntraxt"a qalib gəldi
İslam Səfərli küçəsi piyadalar üçün necə əlverişli ola bilər? – EKSPERT AÇIQLADI
İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTOLAR
Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA - FOTO
Ana-bacı söyüşü söyənlər niyə məsuliyyətə cəlb edilmir? – Vəkildən AÇIQLAMA
Elektromobillərin batareyalarını neçə il istifadə etmək mümkünür? - ARAŞDIRMA
“BakuBus” dərin çuxura düşdü, saatlarla orada qaldı - FOTO
Zəbt edilən örüş torpaqları, yox olan "kupça" – ARAŞDIRMA – FOTO - VİDEO
Yollarda xətlənmə işləri aparılacaq - 37 MİLYONLUQ LAYİHƏ
AZAL-ın təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq?











