Banner

İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri təxirə salınıb? - AÇIQLAMA

Gündəm 15 May 2023 12:18 Oxunub 910
İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri təxirə salınıb? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlər qrafikə uyğun olaraq davam etdirilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Ötən ay Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün marşrut açılıb. İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh