İşğaldan azad edilmiş ərazilərə indiyədək 85 min sərnişin daşınıb

İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, bərpa-quruculuq işləri, eləcə də tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, hazırda 11 müxtəlif istiqamət üzrə müntəzəm marşrut xətləri fəaliyyət göstərir. Avtosfer.az xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə indiyədək təqribən 85 000 sərnişin daşınması təmin edilib:
“Fərdi minik avtomobilləri ilə hesabat dövrünədək “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) istifadə etməklə, ümumi sayı 1 milyon 463 minə yaxın şəxsin səfər üçün müraciətləri təsdiq olunub. Şuşa və Laçın şəhərlərinə, həmçinin Suqovuşan qəsəbəsinə mövcud olan istiqamətlər ilə yanaşı, cari ilin 20 may tarixindən etibarən vətəndaşlara sözügedən portaldan istifadə etməklə Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd və Zəngilan rayonlarına da fərdi minik avtomobilləri ilə səfər etmələri üçün şərait yaradılıb”.
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI










