İşğaldan azad olunan iki kəndin adının dəyişdirilməsi Parlamentin müzakirəsində
Gündəm
20 Noyabr 2020 13:15
Oxunub 1486

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.
Qanun layihələri barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













