İşıqforun sarı işığında keçməyin hansı hallarda cəriməsi var? - Nəqliyyat ekspertindən AÇIQLAMA

“İşıqforun sarı işığında hərəkət etmək qanun pozuntusu sayılır. Çünki İnzibati Xətalar Məcəlləsinin “Yol hərəkəti haqqında” Qanununda da açıq şəkildə yazılıb: "İşıqforun sarı işığı hərəkəti qadağan edir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı danışıb. Ekspert işıqforun sarı işığında keçməyin hansı hallarda sürücünün məsuliyyətə cəlb olunmağına səbəb olacağını qeyd edib:

“İnzibati Xətalar Məcəlləsində qeyd olunub ki, İşıqforun qadağanedici siqnalında hərəkət etməyə görə cərimə əvvəllər 60 , sonra 80 manat idi. Son dövrdə isə cərimə məbləği 100 manat, cərimə balı isə 3 bal oldu. Yəni bal olduğu kimi qalıb, amma cərimə məbləği artıb. Vətəndaşlarımızın qayda-qanunları yaxşı bilməyi, əməl etməyi arzuolunan haldır. İşıqforun sarı işığında hərəkət etmək hansı halda qadağandır, əsas məsələ bunu aydınlaşdırmaqdır. Əgər sürətli hərəkət varsa, qəfil tormuzlanma digər nəqliyyat vasitələri üçün ciddi problem yaradacaqsa, o halda bu qayda pozuntusu hesab edilmir. Amma uzaq məsafədən gələn və dayana biləcəyi halda dayanmadıqda bu qayda pozuntusu sayılır və sürücü məsuliyyət daşıyır. Yəni, son zərurət halı var, elə situasiya var ki, işıqforun sarı işığında sürətinə görə tormuz verərsə ya sürücü özü qəzaya düşəcək, ya da arxadan gələn maşın onu vuracaq. Bu hallarda hərəkəti davam etdirə bilər. Amma işıqforun sarı işığını uzaq məsafədən görür və sürücü bunun qarşısını ala bilərsə, yəni maşını dayandıra bilər amma buna rəğmən etmirsə bu zaman o məsuliyyətə cəlb olunur. Bu baxımdan hesab edirəm ki, vətəndaşlar mütləq bu məsələlərdə diqqətli olmalıdır ki, cərimə ona hansı halda yazılıb. Belə hallarda araşdırmalar aparılmalıdır vətəndaş haqlıdır və ya polis haqlıdır, yəni cərimə düzgün yazılıb ya yox. Kimin haqlı olduğunu müəyyənləşdirmək lazımdır.”
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB
Gecələr kabusa çevrilən qəsəbə: İşıqlar işləmir, yük maşınları sürət həddini aşır - VİDEO
Xocalı soyqırımı türk dünyasının siyasi həmrəyliyini necə formalaşdırıb? - Ekspert AÇIQLADI
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb








