İslam Səfərli küçəsində obyekt sahibi qanunu pozur; qurumlardan reaksiya yoxdur - FOTOSESSİYA

Memar Elçin Əliyev paytaxtın mərkəzində yerləşən tarixi binalarla bağlı narahatlığını ifadə edib. O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə dövlət tərəfindən qorunan memarlıq abidələrinin xarici görünüşündə aparılan dəyişiklikləri tənqid edib.
Avtosfer.az xəbər verir ki, memarın sözlərinə görə, xüsusilə yaxın vaxtlarda piyadalaşdırılması planlaşdırılan İslam Səfərli küçəsində yerləşən bəzi tarixi binaların zirzəmilərinə əvvəllər açılmış girişlərin leqallaşdırılması və yeni qapı-pəncərə açılışlarının aparılması halları müşahidə olunur.
Elçin Əliyev bildirib ki, söhbət adi tikililərdən deyil, dövlət tərəfindən qorunan və Mədəniyyət Nazirliyinin nəzarətində olan memarlıq abidələrindən gedir. Onun fikrincə, bu cür müdaxilələr tarixi irsin orijinal memarlıq simasını pozur və şəhərin estetik görünüşünə mənfi təsir göstərir.
Memar paylaşımında ironik üslubdan istifadə edərək, bu dəyişikliklərin “açıq qapı günü”nə bənzədiyini qeyd edib və tarixi abidələrin qorunmasına məsul olan qurumların məsələyə daha həssas yanaşmalı olduğunu vurğulayıb. O hesab edir ki, memarlıq irsinin mühafizəsi yalnız formal statusla məhdudlaşmamalı, real nəzarət və prinsipial mövqe ilə müşayiət olunmalıdır.
Qeyd edək ki, paytaxtda tarixi binaların fasadında və konstruksiyasında aparılan dəyişikliklər son dövrlər ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı Yasamal rayonu İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan açıqlama verildiyi zaman xəbər yenilənəcək.
Eltac Zülfüqaroğlu
Dövlət Agentliyində yoxlama başladı: Anar Nəcəflidən AÇIQLAMA
ABŞ-İran məsələsində Azərbaycan və Türkiyə balanslaşdırıcı rol oynaya bilər?- EKSPERT
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO














