İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib - VİDEO

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun bir-neçə ərazisində hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.
Dərhal əraziyə AAYDA tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılaraq hərəkət bərpa olunub.
Hazırda lil və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










