İsmayıllı-Lahıc yolunda körpü çöküb - VİDEO

İsmayıllı rayonu Gəndov kəndində körpü çöküb. Bununla bağlı görüntü sosial şəbəkələrdə paylaşılıb. Paylaşımda iddia edilir ki, söhbət İsmayıllı-Lahıc yolunun Girdiman çayı üzərindən keçən körpüdən gedir. Sözügedən ərazidə sonuncu sel daşqınlarından sonra körpünün müəyyən hissələrində çökmələr müşahidə edilib. Çökən ərazinin günbəgün genişlənməsi əhalinin narahatlığına səbəb olur. Yolun bu hissəsi bir neçə aydır bağlı olsa da, çöküntü davam edərsə, bir neçə gün sonra körpü tamamilə dağıla bilər. Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov ilə əlaqə saxladıq.
Avtosfer.az xəbər verir ki, bu barədə Namiq Kərimov Oxu.az-a açıqlamasında sözügedən yolda çökmüş hissənin genişlənməsinin bir neçə gündür müşahidə edildiyini bildirib: “Əvvəldən sözügedən körpüdə sel daşqınları səbəbindən müəyyən çökmələr müşahidə edilirdi. Sadəcə təəssüf ki, çökən hissənin əhatəsi bir az daha genişlənib. Bu problem İsmayıllıda sonuncu sel daşqınlarından sonra qeydə alınıb, körpünün altında boşalmalar olub. Lakin çökən hissə son iki-üç gün ərzində çox genişlənib. Bununla bağlı rayon üzrə yol istismar idarəsinə, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib. Həmin çökən hissə lent ilə bağlanıb, ərazidə tədbir görülür”.
Mövzu ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də sorğu ünvanlanıb.
Xatırladaq ki, İsmayıllıda sonun sel daşqınları ötən il iyul-avqust aylarına təsadüf edib və çoxsaylı fəsadlar yaradıb.
“Four Seasons”un yerində hansı tarixi bina olub? – MEMAR AÇIQLADI - FOTOSESSİYA
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi BƏLLİ OLDU - FOTO
Bakı yolları qardan təmizlənir - FOTOLAR
Aeroport yolu buz bağladı - FOTOLAR
Bakıya ilin ilk qarı yağır - VİDEO
TRIPP layihəsi ilə yeni nəqliyyat dəhlizi yaradacağıq - Prezident
Vəziyyəti nəzarət altına alsaq, o zaman xalqların uğur qazanması mümkündür - İlham Əliyev
"Changan"dan maşın alan vətəndaş 8 gün sonra problemlə üzləşdi: “Pulu qaytarmırlar, problemi həll etmirlər" - VİDEO
Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir - Prezident İlham Əliyev
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - AÇIQLAMA - VİDEO
"Geomaqnit qasırğası müşahidə olunur" - Astrofizika kafedrası











