İsmayıllı yolu bu tarixdə açılacaq

Respublika əhəmiyyətli Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda aparılan tikinti işləri layihəsi üzrə isə bəzi hissələrdə işlər yekunlaşdırılıb, bəzi hissələrində isə davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
O qeyd edib ki, işlər mərhələli şəkildə icra edilir.
“Yolda tikinti prosesinin gələn il ərzində yekunlaşması nəzərdə tutulub”,- deyə A.Nəcəfli əlavə edib.
Qeyd edək ki, ümumi uzunluğu 85.6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Həmçinin əhalinin, yerli və xarici turistlərin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir. Layihə başa çatdıqda, bu, Azərbaycanın ən hündür asma körpüsü olacaq./trend.az
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər - Bu qədər cərimələnəcək
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO










