Banner

İsmayıllıda ata-oğulla həmkəndlisi arasında dava düşdü: Xəsarət alanlar var

Gündəm 12 Aprel 2023 20:00 Oxunub 682
İsmayıllıda ata-oğulla həmkəndlisi arasında dava düşdü: Xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə Uştal kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Qurbanov və oğlu, 1994-cü il təvəllüdlü Hicran Qurbanovla həmkəndliləri - 1986-cı il təvəllüdlü Raqib Qasımov arasında torpaq üstündə mübahisə yaranıb. Daha sonra onlar dava edib və bir-birilərinə xəsarət yetiriblər.

 

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh