İsmayıllıda qadın və oğlu xuluqanlıq törədib - FOTO

İsmayıllı rayonunda xuliqanlıq hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayon sakinləri Güllü Yusubova və oğlu Nəsib Yusubov şəhərin Nizami küçəsi, 2 ünvanında yerləşən və sahibkar Ələkbər Əsgərliyə məxsus "Qardaşlar" adlı mağaza, çay evi və avtomobillərin yağdəyişmə məntəqəsinə gələrək orada münaqişə yaradıblar. Hər üç obyektin sahibi onların bayıra çıxmasını tələb edərkən ana və oğlu mağaza sahibi Ələkbər Ələsgərlini və onun qardaşı Asim Əsgərlini döyüb, oradakı vitrinləri dağıdıb, ərzaq və digər məhsulları yerə atıb, inventar avadanlıqları sındırıblar. Sonra Nəsib Yusubov şəxsi "Priora" markalı minik avtomobilinə əyləşərək onu mağaza sahibinin qardaşı Asim Əsgərliyə məxsus "VAZ 2107" markalı minik avtomobilinə tərəf hərəkət etdirərək ona çırpıb. Mağaza sahibi və qardaşı bu şəxslərin törətdiyi xuliqanlıq hərəkəti barədə şikayət etmək üçün rayon polis şöbəsinə gedərkən yenə hücuma məruz qalıblar.
Nəsib Yusubov idarə etdiyi "Priora" markalı avtomobil ilə sürətlə hərəkət edərək qarşıda gedən Asim Ələsgərlinin "VAZ 2107" markalı avtomobilinə çırparaq bu nəqliyyat vasitəsini aşırıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Mağaza və avtomobil sahibi olan qardaşlara ümumilikdə 5 min manat maddi ziyan dəyib. Xuliqanlıq hadisəsi törədən qadın və oğlu rayon polis şöbəsinə dəvət edilib, izahatı alınaraq sərbəst buraxılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.





Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










