İsmayıllıda sel yolları dağıtdı, Lahıca giriş bağlandı - VİDEO

Gündəm 4 Avqust 2020 17:19
İsmayıllıda sel yolları dağıtdı, Lahıca giriş bağlandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Güclü yağışlar nəticəsində İsmayıllı rayonuna sel gəlib.

Avtosfer.az-ın məlumatına görə, yağan yağışlar bir sıra fəsadlar törədib. 

İsmayılı Rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, yağan yağışlar zamanı yol təsərrüfatına ziyan dəyib:

“Qurbanəfəndi, Müdri, Yuxarı Cülyan kəndlərinin yolları sel sularından zərər çəkib. Lahıc kəndinə gedən  yol isə gecə saatlarında ucquna görə bağlanıb. Bu gün yol təmizlənib”.

“Sel nəticəsində tikililərə ziyan dəyməyib”, - deyə o qeyd edib.

Oxunub : 1298
ŞƏRH YAZ
Ad

E-mail

Şərh