İsmayıllıda torpaq sürüşməsi: sakinlər kəndi tərk edirlər - FOTO
Gündəm
25 İyun 2024 23:06
Oxunub 3674
İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib.
Bu barədə Oxu.az-a məlumat verilib.
Qeyd olunub ki, bu gün vətəndaşlar bütün aidiyyəti orqanlardan - İsmayıllı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) rayon şöbəsində olublar, həm Daxili İşlər Nazirliyinin "102" xidmətinə, həm də FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.
"Dedilər ki gözləyin, komissiya gəlib baxacaq. Amma torpaq sürüşməsi elə bir yerdədir ki, evlərin damlarındadır", - deyə sakinlərə məlumat verilib.
Hazırda çıxılmaz vəziyyətdə qalan vətəndaşlar məcbur olub kəndi tərk edirlər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR