İsmayıllıda yük avtomobili yanıb - VİDEO
Gündəm
13 İyun 2020 20:35
Oxunub 3840

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
İsmayıllı rayonunda Bizlan kəndində "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 1,8 ton ot bağlaması yanıb.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Qədirov Ramiq Rahib oğluna məxsus 55-BT-589 dövlət nömrə nişanlı, "QAZ-66" markalı avtomobil Bizlan kəndi ərazisində hərəkətdə olarkən qəfildən alışıb. Alov qısa vaxtda avtomobilin salon hissəsinə keçib.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













