İsmayıllıda iri ticarət mərkəzlərində yoxlamalar keçirilib - FOTO

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədarİsmayıllıda gücləndirilmiş nəzarət-yoxlama tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, COVID pasportlarının yoxlanılması, eləcə də karantin rejimindən irəli gələn digər qayda və tələblərin təmin olunması ilə bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən iri ticarət mərkəzlərində monitorinqlər keçirilib. Polislər alıcı və satıcılarla, eləcə də sahibkarlarla maarifləndiricisöhbətlər aparıb, infeksiyanın kütləvi yayılmasının qarşısının alınması üçün qəbul edilən qərarlara əməl etməyin vacibliyini izah ediblər.
Pandemiya dövrünün tələblərinə biganə yanaşan şəxslərə xəbərdarlıq olunub, bir neçəsi barəsində isə intizam tənbeh tədbiri görülüb.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO














