Banner

İspaniyada koronavirusa yoluxanların sayı artıb

Gündəm 21 İyul 2020 19:43 Oxunub 864
İspaniyada koronavirusa yoluxanların sayı artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İspaniyada yüksək hazırlıq rejiminin ləğv edildiyi 21 iyun tarixindən sonra COVID-19 virusuna yoluxma halları 400 faiz artıb. Ötən müddət ərzində 18 564 nəfərin yoluxduğu təsdiqlənmiş, bunlardan 1 154 nəfəri xəstəxanalara yerləşdirilib, 99 nəfər dünyasını dəyişib.

Həmçinin iyul ayının 3-də hər 100 min nəfərə düşən yoluxma sayı 8,76 olubsa, ayın 20-də bu rəqəm 27,39-dək yüksəlib.

İspaniyada koronavirus pandemiyası başlayandan 265 min nəfərin yoluxduğu, 28,4 min nəfərin də öldüyü qeydə alınıb. Səhiyyə Nazirliyinin anticisim üsulu ilə araşdırması bu xəstəliyi 2,3 milyon nəfərin keçirdiyini üzə çıxarıb ki, bu da ölkə əhalisinin 5,2 faizi deməkdir. (“Report”)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh