İsrail - HƏMAS müharibəsi ilə bağlı YENİ və SENSASİON FAKTLAR

İsrail ordusunun oktyabrın 7-dən bu yana Qəzza zolağına 40 min ton, yəni İkinci Dünya müharibəsində Xirosimaya atılan bombanın gücündən 2,5 dəfə çox bomba atdığı bildirilir.
Bundan sonra Qəzzada həyatın necə davam edəcəyi barədə böyük narahatlıqlar var.
Bildirilir ki, humanitar fasilə ilə bölgədəki dağıntılar daha aydın şəkildə ortaya çıxıb. Xüsusilə Qəzza zolağının şimal hissəsində zərər görməyən mülki yaşayış məntəqələri, məscidlər, məktəb və xəstəxanalar tapmaq demək olar ki, mümkün deyil.
Londonda fəaliyyət göstərən müharibə müşahidəçisi Airwars şirkətinin direktoru Emili Tripp İsrailin Qəzzanı hədəf alan bombardmanının İkinci Dünya müharibəsindən bəri ən intensiv hava hücumlarından biri olduğunu vurğulayır, ekspertlər isə Qəzzalılara şimala qayıtdıqdan sonra tapacaqları heç bir şey qalmadığını bildirir.
Dağılmış binaların altında hələ də cəsədlərin olduğu məlumdur. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2,2 milyon insanın yaşadığı Qəzza zolağında 1,7 milyon insan evsiz qalıb.
Digər tərəfdən, İsrail ordusunun nəzarətində olduğunu iddia etdiyi Qəzza zolağının şimal hissəsindən sonra quru əməliyyatını cənuba doğru genişləndirəcəyi ilə bağlı narahatlıqlar var.
Beynəlxalq təşkilatlar bildirirlər ki, təhlükəsiz olduğu üçün şimaldan cənuba evakuasiya edilənlər də daxil olmaqla, 2 milyona yaxın insanın həyat uğrunda mübarizə apardığı bölgədə quru əməliyyatının nəticələri çox ağır ola bilər. (musavat.com)
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI









