İsrail-İran toqquşmasına görə xaricdən sifariş edilən avtomobillər gecikir - AÇIQLAMA

Məlum olduğu kimi, artıq bir neçə gündür İranla İsrail arasında hərbi toqquşmalar davam edir. Bu hərbi toqquşma xarici ölkələrdən Azərbaycana avtomobil idxal edən şəxslərin narahatlığına səbəb olub.
Daha dəqiq desək: Cənubi Koreyadan və Birləşmiş Ərəb Əmirliklərindən (Xüsusilə Dubaydan) Azərbaycana gətirilən avtomobillər əsasən İran ərazisindən keçməklə ölkəmizə daşınır. Bir müddət əvvəl avtomobil sifariş etmiş şəxslər gecikmələrin yarana biləcəyindən, hətta daşınma zamanı avtomobilə zərər dəyə biləcəyindən narahatdırlar.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, məlum səbəblərdən həmin ərazilərdən Azərbaycana gətirilən avtomobillərin çatdırılmasında ləngimələr ola bilər:
“Məndə olan məlumata görə, artıq gecikmələr yaranıb. Bununla yanaşı, daşınan avtomobillər üçün təhlükə də var.
Vətəndaşlara bildirmək istəyirəm ki, həmin konfliktli ərazilərdən istifadə etməsinlər. Onlar alternativ marşrutlara üz tuta bilərlər. Onu da qeyd edim ki, avtomobil yolda olduğu zaman, vətəndaşlar istəsələr onu digər ölkənin ərazisində də sata bilərlər.
Cənubi Koreyadan maşın gətirənlərin alternativ marşrutu mövcuddur. Həmin avtomobilləri Gürcüstan limanlarına gətirib, daha sonra quru yolla Azərbaycana idxal etmək olar", - deyə ekspert vurğulayıb.(unikal)
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










