İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi - ABŞ İrana müdaxilə edə bilər

İsrail İranda son illərin ən böyük hökumət əleyhinə etirazları fonunda ABŞ-nin bu ölkəyə mümkün müdaxiləsi ehtimalına qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.
Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, bu barədə "Reuters"ə məsələdən xəbərdar olan üç İsrail mənbəsi məlumat verib.
ABŞ Prezidenti Donald Tramp son günlər dəfələrlə müdaxilə edə biləcəyi ilə bağlı hədələyici bəyanatlar verib və İran hakimiyyətinə nümayişçilərə qarşı güc tətbiq etməməklə bağlı xəbərdarlıq edib. Tramp ötən gün ABŞ-nin "kömək etməyə hazır olduğunu" bəyan edib.
Fəalların məlumatına görə, etirazlar zamanı ölənlərin sayı 100 nəfəri ötüb.
Həftəsonu İsrailin təhlükəsizlik üzrə məsləhətləşmələrində iştirak edən mənbələr yüksək hazırlıq vəziyyətinin praktikada konkret hansı addımları ehtiva etdiyini açıqlamayıblar.
Söhbətin şahidi olan İsrail mənbəsinin sözlərinə görə, ötən gün baş tutan telefon danışığında Baş nazir Benyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubio ABŞ-nin İrana müdaxiləsi ehtimalını müzakirə ediblər. ABŞ rəsmisi tərəflər arasında danışığın olduğunu təsdiqləsə də, müzakirə mövzularını açıqlamayıb.
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı










