İsrail qırıcıları indi də bu ölkəni bombaladı

İsrailin döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə kəndinə intensiv hava zərbələri endirib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu "Hizbullah" qruplaşmasının Livanın cənubunda atəş və müdafiə birləşmələrini idarə etmək üçün istifadə etdiyi obyekti bombaladığını iddia edib.
Livanın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, İsrail döyüş təyyarələri bu səhər Nəbatiyə çölündə, Kefertebnit təpələrində və Yuxarı Nəbatiyyə bölgəsindəki Əli əl-Tahir meşə sahələrini hədəf alaraq bir sıra intensiv hava hücumları təşkil edib.
Döyüş təyyarələrindən atılan vakuum raketləri güclü partlayışlar törədib.
Hücumlardan sonrakı vəziyyətlə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
İsrail ordusundan bununla bağlı verilən açıqlamada deyilir: "İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubunda "Hizbullah"ın atəş və müdafiə idarəçiliyi üçün istifadə etdiyi iddia edilən obyekti bombalayıb".
Bombalanan obyektin əhəmiyyətli yeraltı layihəsinin bir hissəsi olduğu və hücumda tamamilə sıradan çıxdığı iddia edilib.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










