Banner

İsraildə bir gündə 1929 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Gündəm 17 İyul 2020 22:36 Oxunub 2032
İsraildə bir gündə 1929 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1929 nəfər artaraq ümumilikdə 47 459-a çatıb. Həmçinin eyni diaqnozdan 8 nəfər ölüb, ölənlərin ümumi sayı 392 olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 26 323 koronaviruslu xəstə var, onlardan 208 nəfəri ağır vəziyyətdədir, daha 56 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 20 744 nəfər müalicə olunaraq sağalıb. (APA )

ŞƏRH YAZ
Ad

E-mail

Şərh