İsrailli ekspert: "Ermənistan bütün cəbhələrdə məğlub olsa da, vətəndaşlarını aldatmaqda davam edir"

Ermənistan bütün cəbhələrdə məğlub olmasına baxmayaraq, öz vətəndaşlarını aldatmaqda davam edir. Bunu Trend-ə israilli ekspert Natəvan Katsman deyib. O bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında münaqişədir: “Heç bir türk qoşunları, digər qoşunlar buraya cəlb edilməyib. Azərbaycanın digər qoşunları cəlb etmək ehtiyacı yoxdur. Azərbaycanın həm say, həm də ən yeni texnologiya və silahlarla təchizat baxımından güclü ordusu var”.
Azərbaycanın strateji obyektlərinə hücumlar barədə danışan ekspert bildirib ki, bu, Ermənistan tərəfindən münaqişəyə digər ölkələri cəlb etmək və regional münaqişəyə çevirmək məqsədilə planlaşdırılıb. N.Katsman qeyd edib ki, Azərbaycan Prezidentinin ağıllı siyasəti ölkəni uğura aparır və əmin olduğunu bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan tamamilə azad edəcək: “Azərbaycan ermıni sakinlərə qarşı deyil, heç vaxt onları sıxışdırmayıb. Ermənilər Azərbaycanda bu gün də yaşayır və heç kim deyə bilməz ki, onlar əziyyət çəkir. Atəşə tutulan Azərbaycan şəhərlərinin sakinləri isə zərər görür. Arzu edirik ki, bu tezliklə başa çatsın. Amma vurğulamaq lazımdır ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyincə, bu başa çatmayacaq”.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










