İstehlakçıları 5 min manatdan yuxarı aldatma cinayət məsuliyyəti yaradacaq

İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ilə əlaqədar “Xeyli miqdar” və “külli miqdar” çərçivəsində nəzərdə tutulan məbləğlər dəyişir, artıq istehlakçıları 5 min manatdan yuxarı aldatma cinayət məsuliyyəti yaradacaq.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, bu halda “xeyli miqdar” dedikdə, üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür.
Layihəyə əsasən, bu maddədə “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə otuz min manatdan yuxarı olan məbləğ başa düşüləcək.
Qeyd edək ki, qanuna əsasən, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə. külli miqdarda ziyan vurmaqla törədildikdə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu ərazilərə qar yağır
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR
“Halal” nişanlı kolbasada donuz ətinin olduğunu vətəndaş İFŞA ETDİ - VİDEO
İran ABŞ ilə müharibəyə başlasa, Rusiya və Çin ona dəstək olacaq? – Politoloq AÇIQLADI
Metroda platforma ilə qatar arasında niyə şüşə arakəsmə quraşdırılmır? – RƏSMİ - VİDEO
Binəqədi şosesindəki xaosun səbəbi nədir? - VİDEO
İsrail İranın ABŞ ilə nüvə razılaşmasına maneə yaradır - EKSPERT
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır








