İstirahət mərkəzi və yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO

Masallıda istirahət mərkəzi və yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, rayon sakini Gülhüseyn İbadova məxsus yaşayış evindən 3 500 manat dəyərində məişət texnikası və mətbəx əşyalarının oğurlanması ilə bağlı daxil olan müraciət əsasında əməliyyata başlayan polis çox keçmədən oğruları yaxalayıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı şəhər sakinləri Miramid Əsgərli və Yusif Abuşov saxlanılıb. Aparılan araşdırmalarla Miramid Əsgərlinin Masallı şəhər sakini Səyyad Hüseynovla əlbir olaraq, rayon ərazisindəki daha bir evdən 2 000 manatlıq ev əşyaları, bir istirahət mərəzindən isə 6 500 manat dəyərində elektrik transformatoru və müxtəlif məişət əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...










