İsveç ilə Mərkəzi Avropa arasında sərnişin qatarları işləyəcək

İsveç ilə Mərkəzi Avropa arasında sərnişin qatarları işləyəcək. Krallığın vətəndaşları ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələri ilə kontinental Avropa şəhərlərinə səyahət etmək şansı qazanacaqlar.
Mərkəzi Avropanın bir sıra ölkələri ilə İsveçi birləşdirən dəmir yolu marşrutları yaradılması layihəsi atmosferə istixana qazları atılmasına qarşı mübarizənin genişlənməsi fonunda İsveç hökumətinin təşəbbüsü ilə başlanıb.
Xeyli vaxtdır ki, İsveç dilində hərfi tərcüməsi “uçuş üçün xəcalət” olan “Flugscham” neologizmi yayılıb. İsveçlilər bu yeni sözü insanları ətraf mühit üçün az ziyan verən nəqliyyat növlərindən istifadə etməyə həvəsləndirmək məqsədilə işlədirlər. Hökumət mülki aviasiya daşımalarının zərərli təsirini azaltmaq üçün bir sıra tədbirlər görür, o cümlədən ekoloji vergi tətbiq edir. Koronavirus pandemiyası başlanana qədər aviaşirkətlər həqiqətən sərnişinlərin sayının azalması barədə hesabat verirdilər. Digər tərəfdən artıq iki ildir ki, İsveç dəmir yolu şirkətləri sərnişinlərin artmasını qeyd edirlər.
Lakin İsveç hökuməti daha irəli getmək niyyətindədir. İndi İsveç nəqliyyat idarəsinə 2022-ci il avqustun 1-nə qədər Malmö və Brüssel, habelə Stokholm və Hamburq şəhərləri arasında gecə qatarları reysləri təşkil etmək məqsədilə tədarük görmək barədə göstəriş verilib. Beynəlxalq gecə qatarları alınması üçün 400 milyon İsveç kronu (təqribən 45,2 milyon ABŞ dolları) məbləğində investisiya ayrılması elan edilib. (AZƏRTAC )
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu










