Banner

İtaliya hava limanlarında sürətli koronavirus testləri aparılacaq

Gündəm 28 İyul 2020 09:07 Oxunub 794
İtaliya hava limanlarında sürətli koronavirus testləri aparılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İtaliya hökuməti COVID-19 virusuna qarşı tədbirlər çərçivəsində hava limanlarında sərnişinləri sürətli testlərdən keçirmək niyyətindədir. Ölkənin səhiyyə naziri Roberto Speranza tərəfindən verilən tapşırığa uyğun olaraq, Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutunda (İNMİ) bu həftə ərzində həmin sürətli testlərin ilkin variantı təqdim edilməlidir.

İnstitutun rəhbəri Françesko Vaia indiyədək 15-20 dəqiqə ərzində rəy bildirən iki müxtəlif növ testlər hazırladıqlarını açıqlayıb.

Bu cür testlərin tətbiqi sayəsində hava limanlarında, dəmir yolu stansiyalarında sərnişinlərin tez bir zamanda kütləvi müayinəsini keçirmək mümkün olacaq. Halbuki hazırda yalnız müəyyən istiqamət üzrə gələnlər, yaxud aşkar əlamətlər göstərənlər müayinə olunur. (“Report”)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh