İtkin düşən balıqçıların qardaşları çarəsiz vəziyyətdə: "On gündür xəbər yoxdur" - VİDEO

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Mahmud İbayevin qardaşı Rəşad İbayevin sözlərinə görə, qayıq istiqamətini dəyişib və onlar İrana tərəf getmiş ola bilərlər:
"On gündür xəbər yoxdur. Bəlkə də İrana gediblər. Hələlik heç bir xəbər yoxdur. Hava küləkli olsaydı, qayıq batmış ola bilərdi. O vaxt hava dumanlı idi, nə baş verdiyini yalnız Allah bilir".
Qeyd edək ki, hazırda balıqçıların axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Ətraflı Baku TV-nin süjetində:
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ








