Banner

İtkin düşən yeniyetmənin atası danışdı: “Üzərində vəsait olmadığına görə dostugilə gedib” - FOTO

Gündəm 5 Fevral 2022 16:30 Oxunub 734
İtkin düşən yeniyetmənin atası danışdı:  “Üzərində vəsait olmadığına görə dostugilə gedib”   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində itkin düşən yeniyetmə tapılıb.

APA-nın xəbərinə görə, fevralın 4-ü 2006-cı il təvəllüdlü Ucal Təhməzov axşam saatlarında idman zalından çıxaraq, evə qayıtmayıb.

Bu hadisə ilə bağlı U.Təhməzovun atası Müslim Təhməzov Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə zəng edərək oğlunun itkin düşdüyünü bildirib. Polis tərəfindən araşdırmaya başlanılıb.

Müslim Təhməzovun açıqlamasında bildirib ki, oğlu evə qayıdıb:

“Oğlum idman zalından çıxıb. Üzərində vəsait olmadığına görə dostugilə gedib. Telefonu da evdə qalıb”.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh