İtkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olundu

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssis heyəti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub. Bu barədə Avtosfer.az-a Dövlət Komissiyasından məlumat verilib. Eyniləşdirmənin nəticələri ilə bağlı iyunun 25-də Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin ailələri ilə görüş təşkil olunmuş, talelərinə aydınlıq gətirilmiş şəxslər barədə onlara ətraflı məlumat verilərək sualları cavablandırılıb. Hazırda həmin şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri işlər həyata keçirilir. Dəfn mərasimləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO










