Banner

İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı - RƏSMİ - FOTO

Gündəm 19 May 2021 11:42 Oxunub 962
İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı - RƏSMİ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətən müharibəsi zamanı itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti  müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh