İtləri avtomobilə bağlayıb sürüyən şəxs müəyyən edildi - YENİLƏNİB - VİDEO

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə heyvanları idarə etdiyi avtomobilə bağlayaraq sürüyən şəxsin Bərdə rayon sakini Nəsib Həsənov olduğu müəyyən edilib.
Bununla bağlı Oxu.Az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.
Onun sözlərinə görə, N.Həsənov öz izahatında heyvanları evinin yaxınlığında ölü olaraq tapdığını və yaşadığı kənddəki zibil tullantılarının atıldığı əraziyə apardığını bildirib.
Məsələ ilə bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
***
Bərdə rayonunda itlərə işgəncə verilib. Avtosfer.az-ın məlumatına görə, itləri avtomobilə bağlayıb yolboyu sürüyüblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı oxu.aza- bildirib ki, heyvanlara qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:
“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək və ictimaiyyət məlumatlandırılacaq”.
Qeyd edək ki, ötən gün Neftçala rayonunda da Cəsarət Bayramov və Kənan Dünyamalıyev bel ilə vəhşi heyvanın başına vuraraq işgəncə verib öldürmüşdülər.
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO










