“İtlərin toplaşdığı ərazi gediş-gəlişli məktəb yoludur” - VİDEO

Suraxanı rayonunun Bülbülə qəsəbəsində sahibsiz itlər sakinləri narahat edir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şikayət edən qəsəbə sakini Naib Yusifov bildirib ki, itlər Bülbülədə “Qədir bağı” deyilən ərazidən gölə düşən yolda məskunlaşıblar.
Onun sözlərinə görə ərazidə 60-dan çox sahibsiz it var:
“Ötən gün bir qızı az qalsın, parçalayacaqdılar. “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinə dəfələrlə müraciət etmişik, gəlib bir-iki iti aparırlar, amma problem tam həll olunmur. Uşaqlar dərsə gedə bilmir, böyüklər də yolu keçərkən çox çətinlik çəkirlər. Sahibsiz itlərin məskunladığı ərazi gediş-gəlişli məktəb yoludur. Bu vəziyyət 5-6 aydan çoxdur ki, davam edir”.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva saytımıza açıqlamasında bildirib ki, icra orqanlarının sahibsiz itlərlə məşğul olmaq səlahiyyəti yoxdur:
“Biz sahibsiz itlərlə bağlı nə edə bilərik? Dəfələrlə “Toplan”la əlaqə saxlamışıq, gəlib itləri vaksinləyib, qeydiyyata alıb sonra buraxıblar. İcra Hakimiyyətinin alternativ ata biləcəyi bir addım yoxdur”.
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










