İTV-dən Saleh Bağırovun Ordumuz haqqında dediyi fikirlə bağlı AÇIQLAMA - VİDEO

Bu gün sosial mediada İctimai Televiziyanın aparıcısı Saleh Bağırovun guya Ordumuz haqqında dediyi fikir gündəmə çevrilib. Haqqında danışılan verilişi izləməyənlər belə aparıcını tənqid ediblər.
İctimai Televiziya məsələyə aydınlıq gətirib.
Telekanaldan verilən məlumatda göstərilir ki, bu gün “Facebook” sosial şəbəkəsində Saleh Bağırovun “Gəl, qonaq ol” verilişində rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlığa kölgə salan ifadələrdən istifadə etməsi ilə bağlı səhv məlumatlar yayılıb.
“Rəsmi şəkildə bildiririk ki, sözügedən verilişin aparıcısı Saleh Bağırovun fikirləri kontekstdən çıxarılıb və başqa sözlərlə əvəzlənərək təhrif olunub.
Əziz həmvətənlər, bəzi sosial media səhifələrinin, onlayn media qurumlarının daha çox izləyici qazanmaq üçün məşhur şəxslərin ünvanına böhtan xarakterli fikirlər səsləndirməsinin qarşısını almaq öz əlimizdədir. Orijinal kontenti görmədən fərqli interpretasiyada təqdim olunan fikirləri dəstəkləməklə biz kimlərinsə süni populyarlıq qazanmasına səbəb oluruq. İndiki həssas dövrdə daha təmkinli olmaq, sosial mediada daha adekvat davranmaq cəmiyyətimizin xeyrinədir. Sosial media cəmiyyətin güzgüsüdürsə, bu güzgüdə əyri görünməmək hər kəsin özündən asılıdır”, - məlumatda deyilir.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










