İzmitdən sonra Balıkesirə də PUA düşdü
Gündəm
20 Dekabr 2025 17:47
Oxunub 160

Balıkesirin (Türkiyə) Manyas bölgəsində boş bir əraziyə pilotsuz uçuş aparatı düşüb.
Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, Salur məhəlləsindəki boş əraziyə düşən dronu ilk görən tarlada çalışan fəhlələr olublar.
Onlar dərhal səlahiyyətli orqanlara xəbər veriblər.
PUA-nın Rusiyaya məxsus olduğu ehtimal edilsə də, dəqiq məlumat texniki araşdırmalardan sonra açıqlanacaq.
Qeyd edək ki, uçuş aparatı müvafiq yoxlamalardan keçməsi üçün Ankaraya göndərilib.
Xatırladaq ki, analoji hadisə dünən də İzmitdə baş verib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













