ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb - FOTO

Mərakeş şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 5-ci “Qlobal icra dəstəyi simpoziumu”nun açılış mərasimi olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, “Regional həllər, qlobal faydalar” mövzusunda keçirilən tədbirdə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Bu tədbir “ICAO”nun uzunmüddətli strateji məqsədlərinə nail olmaq, ümumi icra problemlərini aradan qaldırmaq və dayanıqlı aviasiyanı təşviq etmək üçün platforma rolunu oynayır.
Simpozium çərçivəsində 40-dan artıq ölkənin nümayəndələrinin iştirakı ilə nazirlərin dəyirmi masası keçirilib. Həmçinin Ələt Azad İqtisadi Zonasında yerləşən “Silk Way Cargo Village” və Hava Limanı layihəsinin yaşıl sertifikatlaşdırılması məqsədilə ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb. Həmçinin yüksəksəviyyəli görüşdə üzv dövlətlərin nümayəndələri tərəfindən aviasiyanın davamlı, dayanıqlı inkişafına dair fəaliyyətə çağırış “Call to Action” sənədi qəbul olunub.
Simpozium aprelin 16-dək davam edəcək.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH













