İcbari avtosığorta üzrə 2,2 mln. manat ödəniş həyata keçirilib - Oktyabrda

Bu ilin oktyabr ayı ərzində İcbari sığorta Bürosunun (İSB) elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 730 sığorta tələbi qeydiyyata alınıb.
Avtosfer.az İSB-yə istinadən xəbər verir ki, bu tələblər üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ödənişin 2 059 877 manatı nəqliyyat vasitəsinə dəyən zərər, 34 233 manatı əmlaka dəyən zərər, 38 250 manatı sağlamlığa dəyən zərər, 60 min manat şəxsin ölümü üzrə olub.
Bu ilin oktyabrında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 246 manat təşkil edib. Ötən ilin oktyabr ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 50% artım müşahidə edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












