İcbari sığorta orqan transplantasiyasına necə təsir edəcək?

Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra orqan transplantasiyası məsələsi daha da aktuallaşacaq. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, orqan transplantasiyası çox bahalı əməliyyatdır və vətəndaşların hamısının bunu etməyə gücü çatmır: "Dövlət tərəfindən səhiyyəyə ayrılan bəlli bir büdcə var. Əgər o büdcənin böyük hissəsi orqan transplantasiyasına xərclənsə, digər xəstəliklərə vəsait qalmaz. Tutaq ki, bir nəfər üçün orqan transplantasiyası orta hesabla 80 min manata başa gəlir, amma 80 min manata digər 100 insanın müayinə və müalicəsini təşkil etmək olar. Buna baxmayaraq, dövlət proqramı çərçivəsində böyrəyin köçürülməsi dövlət hesabına həyata keçirilir. Digər orqanların transplantasiyası da icbari tibbi sığorta işə düşəndən sonra aktuallaşacaq".
O qeyd edib ki, icbar tibbi sığorta tətbiq ediləndən sonra artıq bütün orqan transplantasiyası üzrə bütün xərclər tibbi sığorta tərəfindən ödəniləcək.
Azərbaycanda orqan bağışlanması ilə bağlı cəmiyyətdə problemin olması məsələsinə münasibət bildirən M.Quliyev deyib ki, icbari tibbi sığorta tətbiq edildikdən, iş qurulduqdan sonra insanlarda orqan bağışlaması mədəniyyəti də formalaşacaq: "Bu istiqamətdə təbliğat aparılacaq, cəmiyyətdə tanınmış insanlar nümunə göstərəcək və bu iş tədricən öz qaydasına düşəcək".
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










