İçərəsində iş adamı olan təyyarə yoxa çıxdı

Rusiya Federasiyasında göyərtəsində 2 nəfər olan yüngül mühərrikli təyyarə yoxa çıxıb. Avtosfer.az xəbər verir ki, bu barədə anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə federasiyanın Altay respublikası ərazisində qeydə alınıb. “A-33” markalı iki nəfərlik şəxsi təyyarə radarlardan itib.
Fövqəladə Hallar Nazirliyinin Sibir Regional Mərkəzinin əməkdaşları axtarış-xilasetmə əməliyyatına başlayıblar. "Bu vaxta qədər təyyarənin yeri və vəziyyəti məlum deyil. Axtarışlara FHN-nin "Mİ-8" helikopteri də qoşulub. Bundan başqa atla təmin edilmiş könüllülər və yanğın söndürənlər də hazırda itən yüngül mühərrikli təyyarəni və ekipaj üzvlərini axtarırlar. Rayonun relyefi dağlıq olduğu üçün axtarış əsasən havadan həyata keçirilir”, - deyə mərkəzin əməkdaşı bildirib.
Təyyarənin ötən gün axşam saatlarında Ust-Koks hava limanından Tyuquryuka uçduğu bildirilir. Rusiya vaxtı ilə saat 2:00-da (Bakı vaxtı ilə 3:00) aeroportdan qalxan təyyarə ilə əlaqə qurmaq mümkün olmayıb. Radarlardan itən “A-33”ün içində Ust-Koksda bir neçə mağazanın sahibi olan yerli sahibkar Aleksandr Akentevin olduğu bildirilir.
"Təyyarənin içində iki insan olub. Onlardan biri məşhur sahibkar Aleksandr Akentev, ikinci şəxsin adı məlum deyil. Ehtimal ki, Akentev itmiş atlarının axtarışı üçün uçuş həyata keçirib", - FHN idarəsinin nümayəndəsi deyib.
“A-33” tədris təlim, patrul-yoxlama, turizm uçuşlarının icrası üçün nəzərdə tutulmuş rahat uçan monoplandır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












