İçərişəhərdə Novruz şənlikləri keçiriləcək

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub. Avtosfer.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən xəbərə görə, martın 19-dan 26-dək İçərişəhərdə, Qoşa Qala qapısı meydanında keçiriləcək “Bahar Qalası” adlı festivalda Novruz bayramını qeyd edən ölkələrin (İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistan) nümayəndələrinin iştirakı nəzərdə tutulub. Festival günlərində "Qoşa qala qapısı" meydanında “Meydan bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaq, qonaqlar həmçinin müxtəlif ölkələrin və Azərbaycanın milli mətbəxinin nümunələri ilə tanış ola biləcəklər. Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20 və 21 mart tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz bayramı şənliyi keçiriləcək. Tədbirdə qonaqlar konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, retro avtomobillərlə qoruq ərazisində gəzinti kimi tədbirlərdə iştirak edə biləcəklər. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa qala qapıları qarşısından hər saatda yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












