"İçində qızıllarımın olduğu çemodanımı maşından oğurlayıblar" - Təranə Səmədova

Prodüser Təranə Səmədova başına gələn oğurluq hadisəsindən danışıb. Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən prodüser qızıllarının yer aldığı çantasının maşınından götürüldüyünü deyib: "Bu hadisəni çox yerdə danışmamışam. Bir çemodanım var idi. İçərisində aksessuarlarım, qızıl əşyalarımı saxlayırdım. Onu da maşında hərləyirdim ki, çəkilişə gedəndə tez götürüm. Bir gün baxdım ki, çamadan, fotoaparat, bahalı çantam və ətirim maşında yoxdur. Bütün hamısını oğurlamışdılar. Kimin etdiyini tapmadım. Heç polisə də şikayət etmədim. Çünki adım o qədər pisə çıxıb ki... Fikirləşdim ki, polisə gedəcəm, başlayacaqlar getdiyim yerlərdə axtarış aparmağa, xəbər yayılacaq. Sonra düşmənlərim başlayacaq statuslar yazmağa ki, "Bu qız polis idarəsindən çıxmır". Qızıllarımın bir hissəsini də həmin ərəfədə banka qoyub, borca pul götürmüşdüm. Beş-altı qızıl sırğam da çamadanda getdi. Sonra idmançı Ceyhun Vəliyev mənə ürək-dirək verdi ki, əsas cansağlığıdır. Mən sənə tez-tez qızıl bağışlayacam, itənlərin yerini doldurarsan. İndiyə kimi də əşyalarımı kimin götürdüyünü bilmirəm".
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












