İçkili halda bıçağı boğazına dirədi - Polislər xilas etdi

Şirvanda polis özünə xəsarət yetirmək istəyən şəxsin qarşısını alıb. Bu barədə Avtosfer.az-a DİN-nin mətbuat xidmətinin Şirvan şəhər regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib. Onun sözlərinə görə, Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib: "Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb boğazına dirəyərək özünəqəsd edəcəyini bildirib, qatı xuliqanlıq hərəkətlərini davam etdirib. Hadisə yerinin yaxınlığında olan Şirvan Şəhər Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində C.İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsinin qarşısı alınıb".
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












