İcra başçısı: "Bayılda sürüşmə zonasında yaşayan sakinlərə kirayə pulu veriləcək"

"Bayıl sürüşmə zonasının sakinlərinə bir illik kirayə haqqı veriləcək". "Report" xəbər verir ki, bunu ərazidə yaşayan sakinlərlə söhbətində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, kirayə haqqı fevralın 13-dək ödəniləcək: "Hazırda məsələyə rəsmi səviyyədə baxılır". İcra başçısı tapşırıq verib ki, sakinlərin evlərində qalan əşyaları məktəbin binasına yığılsın: "Ərazidə öncə təhlükəsizlik tədbirləri görülməlidir".
*** 16:01
Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib. İcra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb. Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.
*** 15:02
Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Bu barədə “Report”a ərazidə yaşayan sakinlərdən biri məlumat verib. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri ərazidədirlər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















