İcra başçısı qəzada ölən qardaşından danışdı

Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşı Əliağa Babayevin Rusiyada yol qəzasında dünyasını dəyişməsindən danışıb. Avtosfer.az xəbər verir ki, bu barədə icra başçısı “qafqazinfo”ya bildirib ki, qardaşının ürəyində problem var idi: “Ürəyinə iki dəfə stend qoyulmuşdu. Oruc tutan, namaz qılan adam idi. Bu il 60 yaşı tamam olmuşdu. Ona deyirdilər ki, maşın idarə etmə”. L.Babayev qəzanın baş vermə şəraitindən də bəhs edib: “Maşın yoldan çıxaraq çəmənliyə düşüb və qardaşımı kənara atıb. O da başına aldığı zərbədən dünyasını dəyişib. “Lexus” markalı maşın idarə edirdi. O, Novosibirsk Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti idi. 2 oğlu var. Vladimir Putin ona ən yüksək ali dövlət mükafatı vermişdi. Cənazəsi sabah Bakıya gətiriləcək və Mingəçevirdə dəfn olunacaq. Mərhumun yası da Mingəçevir şəhərində olacaq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












