İcra başçısı və vəkil bir-birlərini təhqir etdi: “Öz evindən xəbərin var?”

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və vəkil Aqil Layıc sosial şəbəkədə bir-birlərini təhqir edib.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hüquqşünas öz “Facebook” səhifəsində A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən töhmət alması xəbərini paylaşaraq aşağıdakı fikirləri yazıb:
“Çox ikrah doğuran insandır. Başdan ayağa hər hərəkəti suni və iyrənc gəlir mənə”.
Aqil Layıcın iddiasına görə, Adil Əliyev onun yazdıqlarına publik deyil, şəxsi mesaj vasitəsilə cavab verib:
“Mənə belə bir mesaj yazıb. Öz evindən xəbərin var? Qonşularından soruş. Mənə dedilər. Bununla məni təhqir edib”.
Vəkil bu yazışmanın skrinşotunu da paylaşıb. Mesajı göndərən “Facebook” səhfəsi həqiqətən də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adınadır. Sözügedən səhifədə icra başçısının fəaliyyətləri ilə bağlı paylaşımlar dərc edilir. Amma səhifənin həqiqətən də ona məxsus olmasını təsdiqləyən başqa fakt da yoxdur.
Qeyd edək ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində müşavirədə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar. E.Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. A.Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












