İcra başçısının müavini: "Quba-Xınalıq yolu nəzarətə götürülüb"

Təbii fəlakətlə bağlı Quba-Xınalıq yolu nəzarətə götürülüb. Avtosfer.az xəbər verir ki, bu barədə "report"un Şimal bürosuna rayon icra başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Yusif Abidov bildirib. Onun sözlərinə görə, Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Yaşar Məmmədov və rayon polis şöbəsinin rəisi təbii fəlakətin baş verdiyi ərazilərə baxış keçiriblər: "Biz hazırda təbii fəlakətin baş verdiyi ərazidəyik. İcra başçısı və polis rəisi də buradadır. Quba-Xınalıq yolu nəzarətə götürülüb. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Lakin Qudyalçayda suyun səviyyəsinin həddindən artıq çox və axının sürətli olması səbəbindən körpünün bərpası mümkün deyil. Xınalıq kəndinə getmək istəyən turistlər təbii fəlakət səbəbi ilə Qubaya geri qayıdıblar. Hazırda 10 kəndlə əlaqə kəsilib".
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
















