İcra başçısının sürücüsü onun şəklini çəkən reportyoru axtarır - FOTO

Mingəçevir İH başçısının xidməti maşınının Bakıda - Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yoldakı görüntüsünə dair "Reportyor" saytının yaydığı şəkil və materialla bağlı yeni təfərrüat var.
Avtosfer.az xəbər verir ki, bu barədə dünən icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Sahib Əliyev musavat-a açıqlamasında bildirmişdi ki, həmin fotodakı kadrlar saxtadır, həqiqəti əks etdirmir: “Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən avtomobil həqiqətən də bizim xidməti maşındır. Digər fotoda olan avtomobil isə quraşdırmadır, saxtadır. Onun bizə heç bir aidiyyəti yoxdur. Üstəlik, fotoya baxanda hiss edilir ki, yay aylarında çəkilib. Pəncərələr açıqdır, hava da günəşlidir“.
Bu gün qalmqalda iştirakçı olan tərəflərdən biri - "Reportyor" saytı məsələ ilə bağlı yeni yazı dərc edib. Yazıda bildirilir: "Fotoların saxta, yaxud montaj olub-olmamasını sübut etmək üçün ekspertizaya müraciət etməyə hazırıq. Şantaj məsələsinə gəlincə, arqument olmayanda məmurların özünümüdafiə üçün istifadə etdikləri ənənəvi sözdür. Biz Mingəçevir icra başçısını şəxsən tanımırıq. Foto Bakıda çəklib. “Yeni Müsavat"dan qabaq Sahib Əliyevlə biz əlaqə saxlamışıq. Cavabı o olub ki, nahaq belə şey yazılıb, sürücünün evində qalmaqal düşüb, sizi axtarır və sair. "Sizi axtarır" təhdid mənasındadır. Bizim kimiləsə şəxsi qərəzimiz yoxdu".

Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










