İcra hakimiyyətində nöqsan: Sürücülərə artıq maaş yazılıb

Qaradağ rayon İcra Hakimiyyətində nəqliyyat vasitələrinin sürücülərinə artıq əmək haqqı hesablanıb. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub. Bildirilib ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda keçirilmiş auditlə nəqliyyat vasitələrinin sürücülərinə əmək haqqının hesablanmasında qanunvericiliyin tələbləri gözlənilməyərək Avtonəqliyyat və Mexanizsiya Dəstəsi tərəfindən işçinin istirahət günləri işə çıxmasına əsas göstərilmədən bütün sürücülərə hesabat ilinin bütün istirahət (bazar) günləri üçün əmək haqqı hesablanılmış və nəticədə sürücülərə 2014-cü ilin may-dekabr aylarında 4447,8 manat, 2015-ci ildə 8884,5 manat, 2016-cı ilin 1-ci yarısında isə 4885,7 manat, ümumilikdə 18218 manat artıq əmək haqqı ödənişinə yol verilsə də, həmin vəsaitin müvafiq qayda da bərpası təmin edilməyib. Qeyd edilib ki, 2016-cı ilin sentyabr-dekabr ayları üzrə 368,4 manatın büdcəyə köçürülməsi və qalan vəsaitin hissə-hissə dövlət büdcəsinə bərpa ediləcəyi barədə məktub Hesablama Palatasına daxil olub.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












